Onlar həyatla ölüm arasında mübarizə aparırlar – Ağır koronavirus xəstələrinin YENİ GÖRÜNTÜLƏRİ – VİDEO, Xəzər TV, İbrahim Həşimov

0
158

Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Artıq covıd-19 diaqnozu qoyulmuş bir neçə xəstə tibb müəssisəsinə daxil olub. Əməkdaşımız İbrahim Kamiloğlu hospitalda müalicə olunan xəstələrin vəziyyəti və onlara yaradılan şəraitlə tanış olub.
Kimi əvvəlki vəziyyətinə qayıdacağı günü gözləyir. Kimi isə süni nəfəs aparatında həyatla ölüm arasında mübarizə aparır.
Görüntülər Mərkəzi Gömrük Hospitalındandır. Hospital dünəndən etibarən koronaviruslu xəstələr üçün ayrılıb. Hospitalın rəis müavini Bəxtiyar Musayevin sözlərinə görə, palatalar və şöbələr bütün lazımi avadanlıqlarla təchiz olunub və tibb məssisəsi pasiyent qəbulunu dayandıraraq yalnız pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək. Burada koronaviruslu xəstələrə xidmət göstərən bütün heyət də hospitalın öz əməkdaşlarıdır.
Dünəndən sonra hospitala COVID-19-a yoluxmuş xeyli xəstə daxil olub.
Ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 20-dan artıq tibb müəssisəsi ayrılıb. Ayın sonun akimi isə daha 6 modul tipli xəstəxananın açılışı olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin