Çərşənbə, Yanvar 27, 2021

229,584
Yoluxma
Updated on January 27, 2021 6:32 pm

Azərbaycan koronavirus canlı statistikası

221,717
Sağalma
Updated on January 27, 2021 6:32 pm

3,105
Ölüm
Updated on January 27, 2021 6:32 pm

Layihə haqqında

SOCAR AQS MMC 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmişdir.

  • Təsisçilərdən biri olan SOCAR, birgə müəssisəyə sənayə üsulu ilə neft və qaz quyularının qazılması sahəsində 160 ildən çox təcrübə gətirir;
  • Təsisçilərdən digəri olan AQŞ, birgə müəssisəyə qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə metodlarını gətirir.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. 2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır. Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və  ‘’Bulla’’ yatağında  6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.